​Şimali koreyalı əsgər bir çinli ailənin üzvlərini qətlə yetirib

​Şimali koreyalı əsgər bir çinli ailənin üzvlərini qətlə yetirib Əsgər sərhədi keçərək 60 yaşlı kişini və qadını, həmçinin onların 25 yaşlı oğullarını güllələyib
Digər ölkələr
17 Yanvar , 2015 07:18
​Şimali koreyalı əsgər bir çinli ailənin üzvlərini qətlə yetirib

Bakı. 17 yanvar. REPORT.AZ/ Ötən il Şimali Koreyadan olan bir əsgər Koreya Xalq Demokratik Respublikasının sərhədləri yaxınlığında yerləşən Cilin şəhərində üç nəfərdən ibarət ailəni qətlə yetirib.

"Report" xəbər verir ki, bu barədə Çinin kütləvi informasiya vasitələrinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, əsgər sərhədi keçərək 60 yaşlı kişini və qadını, həmçinin onların 25 yaşlı oğullarını güllələyib.

O, 80 dollar pul, iki mobil telefon və çanta oğurlayıb. Əsgər cinayəti törətdikdən sonra ölkəsinə qayıdıb və orada həbs olunub.

Son xəbərlər

Orphus sistemi