Şimali Karolinada etirazlarla əlaqədar fövqəladə vəziyyət tətbiq edilib

Şimali Karolinada etirazlarla əlaqədar fövqəladə vəziyyət tətbiq edilib Aksiyaların keçirildiyi Şarlott şəhərinə Milli Qvardiyanın dəstələri göndərilib
Digər ölkələr
22 Sentyabr , 2016 12:03
Şimali Karolinada etirazlarla əlaqədar fövqəladə vəziyyət tətbiq edilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Şimali Karolina ştatının qubernatoru polisin qaradərili şəxsi qətlə yetirməsi ilə əlaqədar etiraz aksiyalarının keçirildiyi Şarlott şəhərində fövqəladə vəziyyət tətbiq edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, şəhərə Milli Qvardiyanın dəstələri göndərilib.

Qeyd edək ki, Şarlott şəhərində etirazlar artıq ikinci gündür davam edir. İğtişaşlar nəticəsində 15-dən çox polis xəsarət alıb, hüquq-mühafizə orqanlarının əməkdaşları dəfələrlə etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Cümə axşamına keçən gecə nümayişlər dinc şəkildə başlayıb. Amma sonradan insan izdihamı arasında atəş səsləri eşidilib. Etirazçılardan biri yaralanıb, onun vəziyyəti kritikdir.

Nümayişçilər polislərə butulka və petardlar atıb, şüşələri sındırıb, tonqallar qalayıblar.

Xatırladaq ki, çərşənbə axşamı 43 yaşlı qaradərili Kit Lamont Skottun polisin açdığı atəş nəticəsində ölümcül yaralanması, ardından isə xəstəxanada dünyasını dəyişməsindən sonra Şarlott sakinləri küçələrə axışıb.

Polis Skottun əlində silah olduğunu və bilavasitə ölümcül təhlükə mənbəyi olduğunu iddia edir. Amma mərhumun qohumları onun silahsız olduğunu bildirirlər.

Son xəbərlər

Orphus sistemi