Şimali İraqda türk əsgərlərinin sayı 600-ə çatıb

Şimali İraqda türk əsgərlərinin sayı 600-ə çatıb "İŞİD" qruplaşmasına qarşı savaşan peşmergelərə son iki il ərzində türk hərbçilər təlim keçir
Digər ölkələr
5 Dekabr , 2015 02:58
Şimali İraqda türk əsgərlərinin sayı 600-ə çatıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Şimali İraqdaki Mosul şəhərindən 30 kilometr şimalda yerləşən Başika qəsəbəsində kürd birliklərə (peşmerge) təlim keçən 90 Türkiyə hərbçisinin rotasiyasını təmin etmək məqsədi ilə bölgəyə 400 hərbçi göndərilib.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, təlim mərkəzinə həmçinin 25 tank və xüsusi təyinatlı dəstə də yollanıb. Beləliklə, hazırda bu rayonda Türkiyə hərbçilərinin sayı 600-ü keçib.

Qeyd edək ki, "İŞİD" qruplaşmasına qarşı savaşan peşmergelərə son iki il ərzində türk hərbçilər təlim keçir. 

Son xəbərlər

Orphus sistemi