Silahlıların ​Misirdə 5 məntəqəyə basqını nəticəsində 20 əsgər həlak olub

Silahlıların ​Misirdə 5 məntəqəyə basqını nəticəsində 20 əsgər həlak olub Atışmada 22 silahlı öldürülüb
Digər ölkələr
1 İyul , 2015 14:56
Silahlıların ​Misirdə 5 məntəqəyə basqını nəticəsində 20 əsgər həlak olub

Bakı. 1 iyul. REPORT.AZ/ Silahlıların Misirin Sinay yarımadasında eyni vaxtda 5 məntəqəyə basqını nəticəsində 20 əsgər həlak olub.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, 70 silahlı eyni vaxtda əyalətdə nəzarət altında olan 5 məntəqəyə basqın ediblər. Atışmada 22 silahlı öldürülüb. 

Təsdiqlənməyən məlumata əsasən, bir neçə hərbçi girov götürülüb.

Məlumatda bildirilib ki, atışmalar davam etdiyinədn ölənlərin sayının artacağı istisna edilmir.

Basqının məsuliyyətini üzərinə götürən olmayıb.

Şimali Sinay əyaləti Misirdə gərginlik ocağı kimi tanınır. Oradakı silahlıların İŞİD-ə bağlı olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi