Şiə döyüçülər Tikrit şəhərini tərk edir

Şiə döyüçülər Tikrit şəhərini tərk edir Döyüşlərdən sonra bu şəhərin viran qaldığı bildirilir
Digər ölkələr
4 Aprel , 2015 22:10
Şiə döyüçülər Tikrit şəhərini tərk edir

Bakı. 4 aprel. REPORT.AZ/ Iraqın Tikrit şəhərini terrorçi İslam Dövləti (İD) qruplaşmasından geri almaq üzrə əməliyyatda iştirak etmiş şiə döyüçüləri zorakılıq və talanlar barədə xəbərlər fonunda şəhəri tərk edirlər. "Report"un BBC-yə istinadən verdiyi məlumata görə, ötən ilin iyun ayında Tikritə nəzarəti ələ keçirən İD üzvləri ilə döyüşlərdən sonra bu şəhərin viran qaldığı bildirilir.

Yerli sakinlər ötən həftə Tikritə daxil olan silahlıları maşın oğurluğu və soyğunçuluqda suçlayırlar.

İraq rəsmiləri ordunun bunda iştirak etmədiyini bildiriblər. İraqın baş naziri talançıların həbs edilməsinə dair əmr verib.

Tikriti ələ keçirən 30 minlik hökumətpərəst qüvvələrin əksər hissəsini şiə döyüşçüləri təşkil edib.

Ötən il şiə könüllülərinin liderləri Tikrit hərbi bazasında şiə əsgərlərinin İD tərəfindən qətlə yetirilməsinə görə qisas alacaqlarını bəyan etmişti. 

Son xəbərlər

Orphus sistemi