​SİRPİ dünya üzrə hərbi xərclərə dair hesabatını açıqlayıb

​SİRPİ dünya üzrə hərbi xərclərə dair hesabatını açıqlayıb Ukraynanın bu istiqamətdə xərcləri 23% artaraq 4 milyard dollar olub
Digər ölkələr
13 Aprel , 2015 19:52
​SİRPİ dünya üzrə hərbi xərclərə dair hesabatını açıqlayıb

Bakı. 13 aprel. REPORT.AZ/ 2014-cü ildə dünya üzrə hərbi xərclərin 34%-i ABŞ-ın, 12% -i Çinin, 4,8%-i isə Rusiyanın payına düşüb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Stokholmun Dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİRPİ) bu gün yayılan növbəti hesabatında bildirilib.

Məlumata görə, 2013-cü illə müqayisədə Rusiyanın hərbi xərcləri 8,1% artaraq 84,5 milyard dollar təşkil edib.

ABŞ ötən il orduya ayırmaları 6,5% azaltsa da, hərbi xərcləri 610 milyard dollar olub.

Çin 2014-cü ildə bu istiqamətdə xərcləri 9,7% artırıb. Onun hərbi xərcləri 216 miyard dollar təşkil edib.

Ukraynanın hərbi xərcləri 2014-cü ildə 23% artaraq 4 milyard dollar olub.

Son xəbərlər

Orphus sistemi