​SİRİZA-nın hökumət ortağı Kardağa çələng atıb

​SİRİZA-nın hökumət ortağı Kardağa çələng atıb Türkiyə Silahlı Qüvvələrinin "F-16" qırıcıları döyüş hazırlığı vəziyyətinə gətirilib
Digər ölkələr
31 Yanvar , 2015 17:30
​SİRİZA-nın hökumət ortağı Kardağa çələng atıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Yunanıstanda SİRİZA Sağ Radikal koalisiyanın quracağı yeni koalision hökumətin ortağı milliyətçi "ANEL" Partiyasının (Müstəqil Yunanlar Partiyası) lideri Panos Kammenos Kardağ adasındakı qayaları ziyarət edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, P.Kammenos vertolyotla Kardağ üzərindən uçarkən, ora gül çələngi atıb. Həmin vaxt Türkiyə Silahlı Qüvvələrinin "F-16" qırıcıları döyüş hazırlığı vəziyyətinə gətirilib.

Məlumata görə, o, yeni koalision hökumətdə müdafiə naziri olacaq.

Xatırladaq ki, 1996-cı ildə bu ada ətrafında Ankara ilə Afina arasında böhran yaranıb. Həmin vaxt Yunanıstana aid bir hərbi vertolyot Kardağda qəzaya uğramış, 3 yunan əsgəri ölmüşdü.

Son xəbərlər

Orphus sistemi