Sevastopolda türk əsgərlərinin memorialına qarşı vandalizm aktı törədilib - VİDEO

Sevastopolda türk əsgərlərinin memorialına qarşı vandalizm aktı törədilib - VİDEO Bu, artıq üçüncü analoji haldır
Digər ölkələr
2 Fevral , 2016 16:21
Sevastopolda türk əsgərlərinin memorialına qarşı vandalizm aktı törədilib - VİDEO

Bakı. 2 fevral. REPORT.AZ/ Sevastopolda türk əsgərlərinin memorialına qarşı vandalizm aktı törədilib.

"Report" xəbər verir ki, bu barədə Krım azərbaycanlıları icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

Onun sözlərinə görə, qəbirüstü ulduz və aypara iti alət vasitəsilə hissələrə kəsilərək sındırılıb.

R.Hümbətov xatırladıb ki, bu, artıq türk əsgərlərinin xatirə abidəsi üzərində edilmiş üçüncü vandalizm faktıdır. İlk dəfə belə bir hal 2014-cü ilin oktyabrında baş vermiş, sonradan abidə üzərində təmir işləri aparılmışdı.

Azərbaycan icmasının başçısı vandalların eyni zamanda bir neçə gün əvvəl memoriala gedən yolu göstərən yolgöstəricidə "çaqqallar" ifadəsini yazdığını bildirib. Onun sözlərinə görə, sevastopolluların səyləriylə yolgöstərici işarə qaydasına salınıb.

Son xəbərlər

Orphus sistemi