Bakı. 4 mart. REPORT.AZ/ "Müştərilər Səudiyyə Ərəbistanının neftindən imtina etməyənədək biz onun hasilatını azaltmayacağıq".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu krallığın neft naziri Əli ən-Nəimi bildirib.
"Bu isə heç vaxt baş verməyəcək. Çünki Səudiyyə Ərəbistanı etibarlı ən nəhəng neft istehsalçısıdır", - nazir vurğulayıb.
"Qara qızıl"ın qiyməti ilə bağlı jurnalistin sualını isə Əli ən-Nəimi belə cavablandırıb: "Əgər neftin qiymətini proqnozlaşdıra bilsəydim, o zaman mən indi Almaniyada deyil, Las-Veqasda olardım".