Səudiyyə kralı Həcc ziyarətinin planına dəyişiklik edilməsinə dair göstəriş verib

Səudiyyə kralı Həcc ziyarətinin planına dəyişiklik edilməsinə dair göstəriş verib Məkkə yaxınlığında ötən gün baş vermiş izdihamda 717 nəfər dünyasını dəyişib
Digər ölkələr
25 Sentyabr , 2015 03:09
Səudiyyə kralı Həcc ziyarətinin planına dəyişiklik edilməsinə dair göstəriş verib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Məkkədə 700-dən çox zəvvarın ölümü ilə nəticələnən faciədən sonra Səudiyyə Ərəbistanına Həcc ziyarətinin planına dəyişiklik edilib.

“Report”un “TASS”agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq göstəriş Səudiyyə kralı Salman ibn Əbdül Əziz Əl Saud tərəfindən verilib.

“Biz müvafiq orqanlara Həcc ziyarətinin planına dəyişiklik edilməsinə dair göstəriş vermişik”, deyə “Əl Ərəbiyə” telekanalı kralın bəyanatından sitat gətirib.

Qeyd edək ki, Məkkə yaxınlığında ötən gün baş vermiş izdihamda 717 nəfər dünyasını dəyişib, 880-dən çox zəvvar isə xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi