​Səudiyyə Ərəbistanının müdafiə naziri Rusiyaya səfər edəcək

​Səudiyyə Ərəbistanının müdafiə naziri Rusiyaya səfər edəcək Şahzadə Məhəmməd bin-Salmanın Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub
Digər ölkələr
9 Oktyabr , 2015 13:40
​Səudiyyə Ərəbistanının müdafiə naziri Rusiyaya səfər edəcək

Bakı. 9 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Məhəmməd bin-Salman oktyabrın 11-də Rusiyaya səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda Rusiya KİV-i məlumat yayıb.

Şahzadə Məhəmməd bin-Salman Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək.

"Bizi ortaq neft, kənd təsərrüfatı, eləcə də Fələstin problemi üzrə qarşılıqlı anlaşma kimi ortaq maraqlar birləşdirir. Münasibətlər qura bilməyimiz üçün çoxlu məsələlər var. Biz onları bütün sahələrdə gücləndirməliyik", - deyə Səudiyyə Ərəbistanının müdafiə naziri vurğulayıb. 

Kral Salman ibn-Əbdüləziz əl-Səudun da Rusiyaya səfər edəcəyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi