​Səudiyyə Ərəbistanının dini liderləri Rusiya və İrana qarşı cihada çağırıblar

​Səudiyyə Ərəbistanının dini liderləri Rusiya və İrana qarşı cihada çağırıblar Onlar Rusiyanın Suriyadakı əməliyyatlarını Sovet qoşunlarının Əfqanıstana girməsi ilə müqayisə ediblər
Digər ölkələr
5 Oktyabr , 2015 23:16
​Səudiyyə Ərəbistanının dini liderləri Rusiya və İrana qarşı cihada çağırıblar

Bakı. 5 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının 50-dən çox dini lideri ərəb ölkələrini Rusiya, İran və Suriya hakimiyyətinə qarşı cihadı dəstəkləməyə çağırıblar.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, onlar Rusiyanın Suriyadakı hava əməliyyatlarını Sovet qoşunlarının Əfqanıstana daxil olması ilə müqayisə ediblər.

Suriyanın tərkibinə güclü "Əhrar əş-Şam" fraksiyasının da daxil olduğu 40-dan yuxarı üsyançı qrupu Yaxın Şərq regionu ölkələrinə İran və Rusiyaya qarşı ittifaq yaratmaq çağırışı ilə müraciət ediblər. Usyançılar eyni zamanda Moskvanı öz ölkələrini işğal etməkdə ittiham ediblər.

Son xəbərlər

Orphus sistemi