​Səudiyyə Ərəbistanının 7 hərbi qulluqçu Yəmənlə sərhəddə döyüşdə həlak olub

​Səudiyyə Ərəbistanının 7 hərbi qulluqçu Yəmənlə sərhəddə döyüşdə həlak olub Silahlı toqquşma zamanı şiə qiyamçıları da canlı qüvvə və texnika baxımından itki verib
Digər ölkələr
31 İyul , 2016 02:09
​Səudiyyə Ərəbistanının 7 hərbi qulluqçu Yəmənlə sərhəddə döyüşdə həlak olub

Bakı. 31 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanı ordusunun yeddi hərbi qulluqçusu Yəmənlə sərhəddə şiə qiyamçıları ilə döyüşdə həlak olub.

"Report"un məlumattına görə, bu barədə Yəmən hökumətinə dəstək göstərən ərəb koalisiyasının yaydığı bəyanatda deyilir.

"Səudiyyə Ərəbistanı silahlı qüvvələri şiə qiyamçılarının Səudiyyə Ərəbistanı-Yəmən sərhədindən krallığın ərazisinə qanunsuz keçmə cəhdinin qarşısını alıb. Bu o deməkdir ki, üsyançılar atəşkəs haqqında saziş kobud şəkildə pozub", - deyə Səudiyyə Ərəbistanı Mətbuat Agentliyi məlumat yayıb.

Koalisiyadan bildirilib ki, silahlı toqquşma zamanı şiə qiyamçıları da canlı qüvvə və texnika baxımından böyük itki verib.

Son xəbərlər

Orphus sistemi