​Səudiyyə Ərəbistanında təhsil idarəsinə basqın nəticəsində 6 nəfər ölüb

​Səudiyyə Ərəbistanında təhsil idarəsinə basqın nəticəsində 6 nəfər ölüb Basqınçılar həbs edilib
Digər ölkələr
11 Fevral , 2016 20:13
​Səudiyyə Ərəbistanında təhsil idarəsinə basqın nəticəsində 6 nəfər ölüb

Bakı. 11 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanının cənubunda Cizan əyalətindəki təhsil idarəsinə silahlı basqın nəticəsində 6 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda krallığın Daxili İşlər Nazirliyinin təmsilçisi bildirib.

"Silahlı basqın nəticəsində idarənin 6 əməkdaşı həyatını itirib, ikisi yaralanıb", - deyə təmsilçi vurğulayıb.

Məlumata görə, basqın cinayət zəmnində törədilib. Basqınçılar həbs edilib.

Son xəbərlər

Orphus sistemi