​Səudiyyə Ərəbistanında Suriya müxalifətinin konfransı keçiriləcək

​Səudiyyə Ərəbistanında Suriya müxalifətinin konfransı keçiriləcək Bu məqsədlə müxalifət təmsilçilərinə 65 dəvətnamə göndərilib
Digər ölkələr
1 Dekabr , 2015 16:06
​Səudiyyə Ərəbistanında Suriya müxalifətinin konfransı keçiriləcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hakimiyyəti krallığın paytaxtı ər-Riyadda Suriya müxalifət qüvvələrinin konfransını keçirəcək.

"Report" "əş-Şark əl-Ousat" qəzetinə istinadən xəbər verir ki, bu haqda Suriya müxalifətinin İnqilabçı Qüvvələrinin Milli Şurası məlumat yayıb. 

Məlumata görə, krallıq bu məqsədlə müxalifət təmsilçilərinə 65 dəvətnamə göndərib. Xəbərdə bildirilib ki, konfransda Suriyada keçid mərhələsinə hazırlığın görülməsi müzakirə ediləcək.

Tədbirin dekabrda keçirilməsi planlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi