Bakı. 29 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları ölkənin şərqində yerləşən əl-Ahsa şəhərindəki məsciddə partlayış törətməkdə şübhəli bilinən bir nəfəri həbs edib.
"Report" "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, partlayış və ondan sonrakı atışmada 7 nəfər xəsarət alıb.
Məlumata görə, terrorçu-kamikadzelərdən biri özünü düz məscidin yanında partlada bilib.
*** 14:39
Səudiyyə Ərəbistanının şərqindəki əl-Ahsa şəhərində məsciddə partlayış törədilib.
"Report" "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı üç nəfər ölüb.
Partlayışdan sonra hadisə yerində atışma səslərinin gəldiyi xəbər verilir.