Bakı. 26 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Nəcran vilayətində terrorçu-kamikadze özünü məsciddə partladıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində ən azı 3 nəfər ölüb, daha 11 nəfər yaralanıb.
Terror hücumuna görə məsuliyyəti heç kim hələ ki, öz üzərinə götürməyib.
Nəcran Səudiyyənin eyniadlı əyalətinin paytaxtıdır və Yəmən ilə sərhəddin bir neçə yüz metrliyində yerləşir.