Bakı.17 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanında Quru Qoşunlarının hərbi helikopteri gecə təlimi uçuşu zamanı qəzaya uğrayıb.
"Report" "Anadolu" Agentliyinə istinadən xəbrə verir ki, hadisə nəticəsində helikopterdəki 4 nəfər ölüb.
Qəza ölkənin Hafr əl-Batin əyaləti Kral Xalid Hərbi düşərgəsinin qərbində baş verib.