Bakı. 3 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hökuməti oktyabr ayından dövlət qulluqçularının əmək haqqını müsəlman ay təqviminə görə yox, Qriqori təqviminə əsasən verəcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu addım iş günlərinin sayının artırılması və xərclərin azaldılması məqsədilə atılıb.
Bu qərar nəticəsində dövlət işçiləri ildə təqribən 11 günün ödənişindən məhrum olacaq. Belə ki, müsəlman ay təqvimində il 354, bütün dünyada istifadə olunan Qriqori təqvimində isə 365 gündür.
Əmək haqqının Qriqori təqvimi üzrə verilməsi Krallıqda dövlət və özəl sektorda çalışan işçiləri bərabərləşdirəcək.