Bakı. 7 İyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada üsyançı qoşunların komanda məntəqəsinə havadan zərbə endirib.
“Report” xəbər verir ki, husilərin xəbər agentliyi ən azı 44 nəfərin öldüyü barədə məlumat yayıb.
Həmçinin məlumata görə, bombardıman nəticəsində 100-dən artıq insan, eləcə də qadın və uşaq yaralanıb.