Səudiyyə Ərəbistanı Yəməndə aviazərbələrin 1/3 hissəsini mülki obyektlərə endirib

Səudiyyə Ərəbistanı Yəməndə aviazərbələrin 1/3 hissəsini mülki obyektlərə endirib Bombalar məktəb, xəstəxana, bazar və məscidlərə düşüb
Digər ölkələr
16 Sentyabr , 2016 23:39
Səudiyyə Ərəbistanı Yəməndə aviazərbələrin 1/3 hissəsini mülki obyektlərə endirib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Yəməndə endirdiyi aviazərbələrin 1/3 hissəsinin hədəfi mülki obyektlərdir.

"Report" xəbər verir ki, bu barədə cümə günü ekspertlərdən ibarət qrupun tədqiqatlarına istinadən Böyük Britaniyanın "The Guardian" qəzeti yazıb.

Tədqiqatçıların sözlərinə görə, Səudiyyə Ərəbistanı təyyarələri məktəb, xəstəxana, bazar, məscid və təsərrüfat obyektlərinə hücum edirlər.

Məruzənin hazırlanmasında alimlər, hüquq müdafiəçiləri və fəallar iştirak ediblər.

Beləliklə, "The Guardian"ın yazdığına görə, tədqiqatların nəticələri Səudiyyə hakimiyyətinin Yəməndə mülki əhali arasında itkilərin sayını azaltmağa çalışdığı barədə bəyanatları ilə ziddiyyət təşkil edir.

Son xəbərlər

Orphus sistemi