​Səudiyyə Ərəbistanı - Yəmən sərhədində husi qiyamçıları ilə toqquşma olub

​Səudiyyə Ərəbistanı - Yəmən sərhədində husi qiyamçıları ilə toqquşma olub Səudiyyə Ərəbistanının 4 hərbçisi, onlarla husi qiyamçısı həlak olub
Digər ölkələr
6 İyun , 2015 13:44
​Səudiyyə Ərəbistanı - Yəmən sərhədində husi qiyamçıları ilə toqquşma olub

Bakı. 6 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Yəmənlə sərhədində silahlı qarşıdırma baş verib. Nəticədə Səudiyyə Ərəbistanının 4 hərbçisi həlak olub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA rəsmi xəbər agentliyi məlumat yayıb.

Xəbərdə Ənsarullah (husilər) Hərəkatı ilə Yəmənin devrilmiş prezidenti Əli Abdulla Salehə bağlı qüvvələrin Səudiyyə Ərəbistanının Cizan bölgəsinə hücum təşkil etdiyi, onlarla husi qiyamçısının da ödürüldüyü qeyd olunub. Hücumun qarşısının alınmasına koalisiya qüvvələri də havadan dəstək verib.

Bundan başqa, koalisiya qüvvələri buna cavab olaraq Yəmən paytaxtındakı silah anbarlarına hava hücumları təşkil edib, Sanada güclü partlayış səsləri eşidilib. 

Son xəbərlər

Orphus sistemi