Səudiyyə Ərəbistanı Suriya müxalifətinə "düşmən təyyarələrinə" qarşı silah verəcək

Səudiyyə Ərəbistanı Suriya müxalifətinə "düşmən təyyarələrinə" qarşı silah verəcək Ər-Riyadın Suriya müxalifətinə "yer-hava" raketlərini göndərəcək
Digər ölkələr
20 Fevral , 2016 00:51
Səudiyyə Ərəbistanı Suriya müxalifətinə düşmən təyyarələrinə qarşı silah verəcək

Bakı. 20 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı "düşmən təyyarələrini" məhv etmək məqsədi ilə Suriya müxalifətinə "yer-hava" raketlərini göndərəcək. "Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, bu fikri Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr səsləndirib.

Nazirin sözlərinə görə, rəsmi Ər-Riyadın bu addımı Suriyada hərbi vəziyyəti bütövlüklə dəyişəcək.

Bununla belə, Adil Əl-Cubeyr qeyd edib ki, Səudiyyə Ərəbistanının gönderəcəyi silahlar "səhv ünvanlara" çatmamalıdır.

Son xəbərlər

Orphus sistemi