Bakı. 18 yanvar. REPORT.AZ/ "Karbohidrogenin qiyməti tezliklə artacaq, dünya bazarında vəziyyət isə stabilləşəcək. Bu, "qara qızıl" hasil edən ölkələr arasında əməkdaşlıq nəticəsində mümkün olacaq".
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının neft naziri Əli ibn İbrahim ən-Nuəymi bildirib.
Bununla yanaşı o, İran üzərindən qadağaların götürülməsinin neftin dəyərinə necə təsir edəcəyinə dair sualı cavablandırmaqdan imtina edib. Lakin, nazirin fikrincə, Səudiyyə Ərəbistanı və Meksika karbohidrogen bazarında "xüsusi mühüm rol" oynaya bilər.