​Səudiyyə Ərəbistanı İraqda yenidən səfirlik açır

​Səudiyyə Ərəbistanı İraqda yenidən səfirlik açır Hər iki ölkə Ərbildə konsulluğun açılması məsələsində də razılıq əldə edib
Digər ölkələr
3 Yanvar , 2015 17:44
​Səudiyyə Ərəbistanı İraqda yenidən səfirlik açır

Bakı. 3 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı İraqın paytaxtı Bağdad şəhərində yenidən səfirlik, Ərbil şəhərində isə konsulluq açacaq. "Report"un məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi (SPA) məlumat yayıb. 

Xəbərdə hər iki ölkə arasında bununla bağlı razılaşma əldə olunduğu bildirilib.

Məlumatda həmçinin uzunmüddətli fasilədən sonra Səudiyyə Ərəbistanının İraqda yenidən açılması planlaşdırılan diplomatik missiyalarının texniki infrastruktur işləri ilə bağlı nümayəndə heyətin bu həftə Bağdada göndəriləcəyi qeyd olunub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 1990-cu ildə Səddam Hüseyn dövründə İraqın Küveyti işğal etməsi və rəsmi ər-Riyadı təhdid etməsi səbəbindən Bağdaddakı səfirliyini bağlamışdı.

Son xəbərlər

Orphus sistemi