​Səudiyyə Ərəbistanı İranı yeni tədbirlərlə hədələyib

​Səudiyyə Ərəbistanı İranı yeni tədbirlərlə hədələyib İki ölkə arasında münaqişə ərəb ölkəsində şiə aliminin edamından sonra yaranıb
Digər ölkələr
10 Yanvar , 2016 09:36
​Səudiyyə Ərəbistanı İranı yeni tədbirlərlə hədələyib

Bakı. 10 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı İranı yeni tədbirlər görəcəyi ilə təhdid edib.

"Report" "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir ki, bunu Səudiyyənin xarici işlər naziri Adil Cubeyr Fars körfəzi ölkələri Əməkdaşlıq Şurasının XİN rəhbərlərinin fövqəladə görüşü zamanı bildirib.

"Onun (İran) bu siyasəti davam etdirəcəyi təqdirdə, biz əlavə tədbirlərin tətbiqini nəzərdən keçiririk", - deyə Cubeyr qeyd edib.

İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Daha sonra iki ölkə arasında diplomatik münasibətlər və hava əlaqəsi kəsilib.

Son xəbərlər

Orphus sistemi