Səudiyyə Ərəbistanı: "Əsəd hakimiyyətinə hərbi güc ilə son qoyula bilər"

Səudiyyə Ərəbistanı: "Əsəd hakimiyyətinə hərbi güc ilə son qoyula bilər" "Öz dövlətinin dağılmasından cavabdeh olan insan bu ölkədə yaşamaq hüququnu itirib"
Digər ölkələr
14 Fevral , 2016 06:59
Səudiyyə Ərəbistanı: Əsəd hakimiyyətinə hərbi güc ilə son qoyula bilər

Bakı. 14 fevral. REPORT.AZ/ "Əyər Suriya münaqişəsi ilə bağlı danışıqlar prosesi nəticə verməsə Bəşşar Əsəd hərbi güc ilə hakimiyyətdən uzaqlaşdırıla bilər".

"Report"-un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bu fikri CNN telekanalına müsahibəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr səsləndirib.

Onun sözlərinə görə, Bəşşar Əsəd çox zəifdir və onun sonu gəlib. "Öz dövlətinin dağılmasından cavabdeh olan şəxs bu ölkədə yaşamaq hüququnu itirib", - deyə Adil Əl-Cubeyr vurğulayıb.

Nazir bildirib ki, Səudiyyə Ərəbistanı Suriyaya hərbi kontingent göndərməyə hazırdır. Ancaq bunun üçün ilk növbədə müvafiq koalisiya yaradılmalıdır.

Son xəbərlər

Orphus sistemi