Səudiyyə Ərəbistanı: əsasən şiələrin yaşadığı Qatifdə polislər güllələnib

Səudiyyə Ərəbistanı: əsasən şiələrin yaşadığı Qatifdə polislər güllələnib Əsasən şiələrin yaşadığı bölgədə 2011-ildən etirazlar qeydə alınır
Digər ölkələr
18 Noyabr , 2015 21:07
Səudiyyə Ərəbistanı: əsasən şiələrin yaşadığı Qatifdə polislər güllələnib

Bakı. 18 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, ölkənin şərqində iki polis nəfəri güllələnib.

"Report"un BBC-yə mistinadən verdiyi xəbərə görə, silahlı şəxslər Qatif bölgəsində polis patrul avtomobilinə gecəyarısı atəş açıblar, Səudiyyə Press dövlət agentliyinə nazirliyin sözçüsü bildirib.

Əsasən şiələrin yaşadığı bölgədə 2011-ildən etirazlar baş verir.

Etirazçılar sünni mütləqiyyət tərəfindən diskriminasiya olunduqlarını bildirirlər.

Bu il həmin əraziyə terrorşçu İŞİD qruplaşmasına üzv olan silahlılar hücumlar ediblər.

Bu ilin oktyabr ayında sünni cihadçı qrupla əlaqəli olan yerli silahlı şəxs Seyhət məntəqəsində şiələrin keçirdiyi toplantıda, polis tərəfindən güllələnə qədər, odlu silahdan atəş açaraq 5 nəfəri öldürmüşdü.

DİN Qatif məntəqəsində baş verən hücumla bağlı istintaqın başlandığını bildirib.

Son xəbərlər

Orphus sistemi