​Şərqi Afrikada daşqınlar 48 nəfərin ölümünə səbəb olub

​Şərqi Afrikada daşqınlar 48 nəfərin ölümünə səbəb olub 23 min yerli sakin öz evini tərk etmək məcburiyyətində qalıb
Digər ölkələr
14 Yanvar , 2015 08:10
​Şərqi Afrikada daşqınlar 48 nəfərin ölümünə səbəb olub

Bakı. 14 yanvar. REPORT.AZ/ Şərqi Afrikada yerləşən Malavi Respublikasında ən azı 48 nəfər daşqınların qurbanı olub. Daha 23 min yerli sakin təbii fəlakət səbəbindən öz evini tərk etmək məcburiyyətində qalıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Malavi prezidenti Piter Mutarika ölkənin 28 dairəsindən 10-nu təbii fəlakət zonası elan edib.

Ölənlərin əksəriyyəti Malavinin cənubunda yerləşən Manqoçi dairəsindəki kəndlərin sakinləri olub. Məlumata görə, regionda leysan yağışlar dekabr ayından davam edir.

Ölkənin cənub və qərb hissələrində yollara ciddi ziyan dəyib, dəmir yolu əlaqəsi kəsilib, onlarla ev dağılıb.

Pis hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi