Bakı. 7 sentyabr. REPORT.AZ/ Sentyabrın 8 və 9-da Cenevrədə şəxsi görüş çərçivəsində Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Suriya məsələsinin müzakirələrini davam etdirəcəklər.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, məlumatı Rusiya XİN-i yayıb.
"Sentyabrın 7-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Suriyada fəaliyyət göstərən terrorçu qruplarla birgə mübarizə və digər məsələlərə toxunublar. S.Lavrov və C.Kerrinin sentyabrın 8 və 9-na nəzərdə tutulan şəxsi görüşü zamanı müzakirələrin davam etdirilməsi qərara alınıb", - məlumatda bildirilir.