Sergey Lavrov: "Rusiya-ABŞ münasibətlərində əsaslı dəyişikliklər baş verib"

Sergey Lavrov: "Rusiya-ABŞ münasibətlərində əsaslı dəyişikliklər baş verib" "Rəsmi Moskva qarşı tərəfin davranışlarına səbrlə yanaşıb"
Digər ölkələr
9 Oktyabr , 2016 15:02
Sergey Lavrov: Rusiya-ABŞ münasibətlərində əsaslı dəyişikliklər baş verib

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Moskva uzun müddət Vaşinqtonla münasibətlərdə "strateji" səbir nümayiş etdirdi".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, bildirib ki, indi ABŞ-Rusiya münasibətlərində əsaslı dəyişikliklər baş verib.

"Mənə elə gəlir ki, bu faktdır" – deyə Rusiya xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

Nazir qeyd edib ki, rəsmi Moskva qarşı tərəfin davranışlarına səbrlə yanaşıb.

"Biz amerikalıların strateji səbir adlandırdığı uzun müddətli prosesi keçdik" – deyə Lavrov əlavə edib. 

Onun sözlərinə görə, münasibətlərin pisləşməsi Ukrayna hadisələrinə qədər Vaşinqtonun davranışları ilə əlaqədar baş verib. 

Son xəbərlər

Orphus sistemi