Serbiyanın baş naziri partiyasının parlament seçkilərindəki qələbəsini tarixi uğur elan edib

Serbiyanın baş naziri partiyasının parlament seçkilərindəki qələbəsini tarixi uğur elan edib Onun koalisiyası 50,9 faiz səs toplayıb
Digər ölkələr
25 Aprel , 2016 03:24
Serbiyanın baş naziri partiyasının parlament seçkilərindəki qələbəsini tarixi uğur elan edib

Bakı. 25 aprel. REPORT.AZ/ Serbiyanın baş naziri Aleksandar Vuçiç dünən ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində rəhbəri olduğu Serb İnkişaf Partiyasının liderlik etdiyi "Aleksandar Vuçiç - Serbiya qalib gəlir" koalisiyasının qalib gəlməsini tarixi uğur adlandırıb.

"Report" xəbər verir ki, o, səsvermə prosesinin son 25 ildə qanun pozuntusunun minimal sayına görə, ən demokratik seçki olduğunu bəyan edib. Aleksandar Vuçiç bundan qürur hissi keçirdiyini vuğulayıb.

"Bu, mühüm məsuliyyətə səbəb olmuş böyük şərəfdir", - deyə Vuçiç rəhbəri olduğu partiyanın seçki qərargahında bildirib.

Baş nazirin sözlərinə görə, seçki məntəqələrindən gələn ən son məlumatlar, onun koalisiyasının 50,9 faiz səs topladığını göstərir.

Son xəbərlər

Orphus sistemi