Səhiyyə Nazirliyi: Kabildə baş verən partlayışda 200-dən çox adam yaralanıb

Səhiyyə Nazirliyi: Kabildə baş verən partlayışda 200-dən çox adam yaralanıb Terror hücumuna görə, məsuliyyəti Taliban üzərinə götürüb
Digər ölkələr
19 Aprel , 2016 11:01
Səhiyyə Nazirliyi: Kabildə baş verən partlayışda 200-dən çox adam yaralanıb

Bakı. 19 aprel. REPORT.AZ/ Kabilin mərkəzində baş verən partlayışda 200-dən çox adam yaralanıb və xəstəxanalara yerləşdirilib. "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsi Mohmmad İsmayıl Kavasi məlumat verib.

Əfqanıstan daxili işlər nazirinin nümayəndəsi Sedik Sedikki terrorçu-kamikadzenin avtomobili partlatdığını bildirib. O, həmçinin hücum edənin iki yardımçısının hələ də müqavimət göstərdiyini qeyd edib. Hadisə bölgəsində atışma səsləri gəldiyi bildirilir.

Qeyd edək ki, terror hücumu ölkənin Müdafiə Nazirliyi və hərbi komplekslərinin yaxınlığında olan rayonda səhər saatlarında, insan kütləsinin çox olduğu sahədə törədilib. Terror hücumuna görə, məsuliyyəti Taliban üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi