Şanxayda təyyarə körpüyə çırpılıb

Şanxayda təyyarə körpüyə çırpılıb Altı nəfərin xilas edilməsi üzrə iş aparılır
Digər ölkələr
20 İyul , 2016 10:47
Şanxayda təyyarə körpüyə çırpılıb

Bakı. 20 iyul. REPORT.AZ/ Şanxayda dəniz təyyarəsi körpüyə çırpılaraq qəzaya uğrayıb. Hazırda altı nəfərin xilas edilməsi üçün iş aparılır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə beynəlxalq Çin radiosu (CRI) məlumat yayıb.

Hadisə şəhər çimərliklərindən birində baş verib. Bu, dəyəri təxminən 4,5 milyon dollar olan dəniz təyyarəsinin ilk uçuşu olub.

Hələlik ölən və yaralananların dəqiq sayı məlum deyil.

İlkin versiyaya görə, hadisənin başvermə səbəbi texniki nasazlıq olub. 

Son xəbərlər

Orphus sistemi