Salah Abdeslam Fransaya ekstradisiya edilib

Salah Abdeslam Fransaya ekstradisiya edilib Parisdə terror aktları törətməkdə əsas şübhəli şəxs olan S.Abdeslam martın 18-də Brüsseldə həbs edilib
Digər ölkələr
27 Aprel , 2016 11:26
Salah Abdeslam Fransaya ekstradisiya edilib

Bakı. 27 aprel. REPORT.AZ/ Parisdə terror aktları törətməkdə əsas şübhəli şəxs olan Salah Abdeslam Fransaya ekstradisiya edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belçika prokurorluğundan məlumat verilib.

Qeyd edək ki, S.Abdeslam Belçika polisinin keçirdiyi xüsusi əməliyyat zamanı martın 18-də Brüsseldə həbs edilib.

Xatırladaq ki, ötən ilin noyabrında Parisdə "Stad de Frans" stadionu yaxınlığında, "Bataklan" teatrında və yaxınlıqda yerləşən Kamboca restoranında törədilmiş terror hücumları nəticəsində 130-dan çox adam həyatını itirib, 350-yə yaxın insan isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi