Vanuatu adasının sahillərində 7,3 bal gücündə zəlzələ olub

Vanuatu adasının sahillərində 7,3 bal gücündə zəlzələ olub Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib.
Digər ölkələr
21 Oktyabr , 2015 03:19
Vanuatu adasının sahillərində 7,3 bal gücündə zəlzələ olub

Bakı. 21 oktyabr. REPORT.AZ/ Sakit okeandakı Vanuatu Respublikasında güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların gücü 7,3 bal olub.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Port-Orli şəhərindən 46 km. şimal-şərqdə yerləşib. 

Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib.

Vanuatu Respublikası ada dövlətidir və quru ərazisi 12 226 kv.km-dir. Paytaxtı Port-Villadır. 

Son xəbərlər

Orphus sistemi