Sakit okeanda 7.0 bal gücündə zəlzələ baş verib

Sakit okeanda 7.0 bal gücündə zəlzələ baş verib Sunami xəbərdarlığı elan olunmayıb
Digər ölkələr
18 Noyabr , 2015 23:17
Sakit okeanda 7.0 bal gücündə zəlzələ baş verib

Bakı. 18 noyabr. REPORT.AZ/ Sakit okeandaki Solomon adalarının sahillərində 7,0 bal gücündə zəlzələ baş verib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, yeraltı təkanların episentri Dadali şəhərindən 80 km. cənuib-qərbdə yerləşib. Təbii fəlakətin ocağı 10 km. dərinlikdə yerləşib.

Zərərçəkən və dağıntılar barədə hələlik məlumat daxil olmayıb. Sunami xəbərdarlığı elan olunmayıb.

Son xəbərlər

Orphus sistemi