Bakı. 22 noyabr. REPORT.AZ/ Sakit okeandaki Tonqa adalarının sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, yeraltı təkanların episentri Vavau adasındaki Naiafu şəhərindən 163 km. şimal-şərqdə yerləşib. Təbii fəlakətin ocağı 10 km. dərinlikdə yerləşib.
Zərərçəkən və dağıntılar barədə hələlik məlumat daxil olmayıb. Sunami xəbərdarlığı elan olunmayıb.