​Saakaşvili təcili istefa verəcəyi ilə bağlı məlumatları təkzib edib

​Saakaşvili təcili istefa verəcəyi ilə bağlı məlumatları təkzib edib Odessa qubernatoru bunu birinci dəfə eşitdiyini bildirib
Digər ölkələr
23 Fevral , 2016 06:23
​Saakaşvili təcili istefa verəcəyi ilə bağlı məlumatları təkzib edib

Bakı. 23 fevral. REPORT.AZ/ Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili yaxın vaxtlarda istefa verə biləcəyi ilə bağlı məlumatları təkzib edib və bunu birinci dəfədir eşitdiyini diqqətə çatdırıb.

"Report" xəbər verir ki, bunu o "112 Ukrayna" telekanalının efirində bildirib.

Bundan əvvəl Ukrayna mətbuatı Saakaşvilinin martın əvvəlində vəzifəsindən gedə biləcəyi haqda məlumat yayıb.

"Mən bunu sizdən eşidirəm. İki istiqamət var, biri mənim vətənimə qayıtmağımı, digəri isə Odessada qalıb işləməyimi istəyir", — deyə Saakaşvili bildirib.

Son xəbərlər

Orphus sistemi