Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin təmsilçisi Cen Psaki bu ölkənin prezidenti Barak Obamanın Rusiyaya qarşı yeni sanksiya imzalaması ilə bağlı məsələdə "tələsib".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə Obamanın Rusiyaya qarşı sanksiyanı "dünən" (dekabrın 17-də) imzaladığını deyib. Bir müddət sonra Ağ evdən ölkə prezidentinin bu qanun layihəsini imzalamadığı bildirilsə də, onun təsdiqlənəcəyi vaxt haqda da məlumat verilməyib.
"Cen Psaki bugünkü brifinqdə yanlışlığa yol verib" - ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.