Rusiyanın Ukraynadakı səfirliyinə hücum olub - VİDEO

Rusiyanın Ukraynadakı səfirliyinə hücum olub - VİDEO Moskva insidentlə bağlı rəsmi Kiyevə nota göndərib
Digər ölkələr
6 Mart , 2016 20:50
Rusiyanın Ukraynadakı səfirliyinə hücum olub - VİDEO

Bakı. 6 mart. REPORT.AZ/ Martın 5-dən 6-na keçən gecə Rusiyanın Kiyevdəki səfirliyi naməlum şəxslərin hücumuna məruz qalıb.

"Report"-un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, 10-dək şəxs səfirliyin binası yaxınlığına gələrək, dipmissiyaya məxsus avtomobillərə xəsarət yetiriblər.

Ukraynalı deputat İqor Lutsenko, aksiyanın ukraynalı pilot Nadejda Savçenkonu azad edilməsi məqsədi daşıdığını yazıb.

Artıq rəsmi Moskva insidentlə bağlı Kiyevə nota göndərib.

Son xəbərlər

Orphus sistemi