Bakı. 22 aprel. REPORT.AZ/ Rusiyanın Plesetsk Kosmodromundan buraxılan eksperimental raket, start meydançasından yeddi kilometr aralıda Arxangelsk vilayətinin ərazisində yerə düşüb. "Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, 9.6 tonn ağırlığındaki raketin qalıqlarının dağıldığı əraziyə mütəxəssislər göndərilib.
Məlumatı Rusiyanın
Bildirilir ki, raketi Rusiya Müdafiə-sənaye kompleksinə məxsus müəssisələrdən biri buraxıb.
Qəza nəticəsində ətraf mühitə ciddi ziyanın dəymədiyi vurğulanır.