​Rusiyanın Penza vilayətində qəza olub, 9 nəfər ölüb

​Rusiyanın Penza vilayətində qəza olub, 9 nəfər ölüb Yol-nəqliyyat hadisəsinin başvermə səbəbi araşdırılır
Digər ölkələr
2 Mart , 2016 15:59
​Rusiyanın Penza vilayətində qəza olub, 9 nəfər ölüb

Bakı. 2 mart. REPORT.AZ/ Rusiyanın Penza vilayətində mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 9 nəfər həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları bildirib.

Məlumata görə, mikroavtobus Ulyanovskdan Penza istiqamətində hərəkət edirmiş. Maşında 11 sərnişin olub. Biri uşaq olmaqla, 3 nəfər xəsarət alıb.

Yol-nəqliyyat hadisəsinin başvermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi