​Rusiyanın müdafiə naziri: "Hərbi əməliyyatları Fərat çayınadək davam etdirəcəyik"

​Rusiyanın müdafiə naziri: "Hərbi əməliyyatları Fərat çayınadək davam etdirəcəyik" "Suriyadakı fəaliyyətimiz vaxtdan deyil, qurudakı əməliyyatlardan və hadisələrin inkişafından asılıdır"
Digər ölkələr
17 Dekabr , 2015 13:17
​Rusiyanın müdafiə naziri: Hərbi əməliyyatları Fərat çayınadək davam etdirəcəyik

Bakı. 17 dekabr. REPORT.AZ/ "Rusiya Suriyadakı hərbi əməliyyatları Fərat çayınadək davam etdirəcək".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu dumanın qapalı toplantısında bildirib.

"Suriyadakı fəaliyyətimiz vaxtdan deyil, qurudakı əməliyyatlardan və hadisələrin inkişafından asılıdır. Biz Fərat çayına çatanadək qalacağıq. Bu, Rusiya quru qoşunlarının ora girəcəyi demək deyil. Suriya ilə İraq arasındakı sərhədə Suriya əsgərinin (Bəşşar Əsədə bağlı silahlıları nəzərdə tutur- "Report") gəlməsi lazımdır.  Biz Suriyanın öz sərhədləri daxilində torpaq bütövlüyünü saxlamasına yardımı davam etdirəcəyik".

Hazırda Bəşşar Əsədə bağlı silahlılar Hələb şəhərinin şərqində yerləşib. Fərat isə oradan 90 km aralıdır və İŞİD-in nəzarəti altına olan Cerablusun yaxınlığından keçir. Türkiyənin baş naziri Əhməd Davudoğlu Cerablusun ölkəsi üçün "qırmızı xətt" olduğunu söyləyib. Hökumət başçısı Suriyanın Mare-Cerablus bölgəsinə Suriya Azadlıq Ordusundan başqa silahlı qruplaşmaların girməsinə icazə verməyəcəklərini də bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi