Rusiyanın İrkutsk vilayətində "Rosneft"in yatağında partlayış olub

Rusiyanın İrkutsk vilayətində "Rosneft"in yatağında partlayış olub Qəza nəticəsində bir nəfər ölüb, altısı yaralanıb
Digər ölkələr
27 İyul , 2016 15:24
Rusiyanın İrkutsk vilayətində Rosneftin yatağında partlayış olub

Bakı. 27 iyul. REPORT.AZ/ Rusiyanın İrkutsk vilayətində "Rosneft"ə məxsus Verxneçonsk yatağında yanğınla müşayiət olunan partlayış baş verib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, altısı yaralanıb.

İlkin məlumata görə, qəza yataqdakı qaz kompressor stansiyasında baş verib.

Hadisə yerində xilasedicilər və FHN əməkdaşları işləyirlər. Yaralıların çıxarılması və xəstəxanaya çatdırılması üçün helikopterlər cəlb edilib.

Partlayış səbəbləri araşdırılır, bu məqsədlə xüsusi komissiya yaradılıb. 

"Verxneçonskneftqaz" İSC-nin mətbuat xidmətindən bildiriblər ki, hadisə işəsalma-sazlama işlərinin aparılması zamanı resiverin partlaması nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi