​Rusiyanın Dəməşqdəki səfirliyi miaatanlardan atəşə tutulub

​Rusiyanın Dəməşqdəki səfirliyi miaatanlardan atəşə tutulub İnsident nəticəsində xəsarət alan olmayıb
Digər ölkələr
19 May , 2015 23:30
​Rusiyanın Dəməşqdəki səfirliyi miaatanlardan atəşə tutulub

Bakı. 19 may. REPORT.AZ/ Rusiyanın Dəməşqdəki səfirliyi minaatanlardan atəşə tutulub.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviçin diplomatik nümayəndəliyin saytında dərc olunan bəyanatında bildirilir.

"Atəş hazırda naməlum silahlı qruplaşmanın nəzarəti altında olan Cobar rayonu ərazisindən açılıb. Mərmilərdən biri səfirlik hasarının 15 metrliyində partlasa da, digər mərmi divarı dağıdaraq səfirliyin xidməti binasının iş kabinəsinə düşüb", — deyə bəyanatda bildirilir.

Atəş nəticəsində binadakılardan xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi