​Rusiyanın 28 avarçəkənindən yalnız 6-sı Olimpiadaya buraxılıb

​Rusiyanın 28 avarçəkənindən yalnız 6-sı Olimpiadaya buraxılıb Digər 19 idmançı BOK-un kriteriyalarına uyğun gəlməyib
Digər ölkələr
26 İyul , 2016 23:16
​Rusiyanın 28 avarçəkənindən yalnız 6-sı Olimpiadaya buraxılıb

Bakı. 26 iyul. REPORT.AZ/ Beynəlxalq Avarçəkmə Federasiyası (FISA) yalnız 6 rusiyalı avarçəkənin Rio-de-Janeyroda keçiriləcək 2016-cı il Yay Olimpiya Oyunlarında iştirakına icazə verib, digər 19 idmançı Beynəlxalq Olimpiya Komitəsinin kriteriyalarına uyğun gəlməyib.

"Report" xəbər verir ki, bu barədə FISA-nın mətbuat xidmətinin məlumatında bildirilir.

"FISA Aleksandr Çaukin, Georgi Yefremenko, Artyom Kosova, Nikita Morqaçov, Vladislav Ryabtsev və Anton Zarutskinin Olimpiadada iştirakına icazə verib", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi