Rusiyalı diplomatlar ölkə daxilində səfərləri barədə Britaniya XİN-ə məlumat verəcək

Rusiyalı diplomatlar ölkə daxilində səfərləri barədə Britaniya XİN-ə məlumat verəcək Böyük Britaniyada işləyən rusiyalı diplomatlar ölkə daxili səfərləri barədə London hökumətini xəbərdar etməlidirlər.
Digər ölkələr
18 Sentyabr , 2023 22:36
Rusiyalı diplomatlar ölkə daxilində səfərləri barədə Britaniya XİN-ə məlumat verəcək

Böyük Britaniyada işləyən rusiyalı diplomatlar ölkə daxili səfərləri barədə London hökumətini xəbərdar etməlidirlər.

“Report” xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin rəis müavini Leo Doçertinin ölkə parlamentinin saytında dərc olunan yazılı açıqlamasında qeyd olunub.

Vurğulanıb ki, bu, rəsmi Moskvanın iyul ayında Britaniya diplomatik missiyalarının əməkdaşlarının Rusiya Federasiyası ərazisindən hərəkəti üçün bildiriş prosedurunu tətbiq etməsinə cavabdır.

“Rusiyanın ölkə daxilində Britaniya diplomatları üçün səyahət bildirişi tələbi tətbiq etmək qərarına cavab olaraq, biz Rusiyanın Londondakı səfirliyində və Edinburqdakı Baş Konsulluğunda akkreditə olunmuş rusiyalı diplomatlar üçün proporsional səyahət bildirişi tələblərini tətbiq etdik. Bu, Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasında təsbit olunmuş qarşılıqlılıq prinsipinə uyğundur”, - Doçerti yazıb.

Son xəbərlər

Orphus sistemi