Bakı. 20 mart. REPORT.AZ/Martın 20-də səhər saatlarında Rostov-na-Donu şəhərində “Boeing 737-800” tipli təyyarənin qəzaya uğradığı yerdə aparılan axtarış-xilasetmə işləri başa çatıb.
"Report"-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyasının fövqəladə hallar nazirinin birinci müavini Vladimir Stepanov bildirib.
Nazir müavini qeyd edib ki, səhər saat 9:00-da xilasetmə işləri başa çatıb. Axtarış-xilasetmə işləri 11 min kvadrat metr sahəni əhatə edib.
Məlum olduğu kimi, Dubaydan uçan “Boeing 737-800” tipli təyyarə martın 19-na keçən gecə Rostov-na-Donu şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində 5 sərnişin və 7 heyət üzvü olmaqla, 62 nəfər ölüb.