Rusiyada sərnişin təyyarəsini külək aparıb

Rusiyada sərnişin təyyarəsini külək aparıb Həmin məqamda küləyin sürəti saniyədə 13 metrə çatıb
Digər ölkələr
30 Mart , 2015 21:48
Rusiyada sərnişin təyyarəsini külək aparıb

Bakı. 30 mart. REPORT.AZ/ Kursk hava limanında "Utair" aviaşirkətinə məxsus sərnişin təyyarəsi güclü külək nəticəsində uçuş-eniş zolağından çıxaraq kənara düşüb. Hadisə martın 29-da Moskva vaxtı ilə saat 21:59-da baş verib.

"Report" xəbər verir ki, təyyarə Moskvadan gəlib və Kursk aeroportunda eniş edib.

"Layner uçuş-eniş zolağı ilə hərəkətdə olarkən güclü küləyin əsməsi nəticəsində yolundan çıxaraq hava limanının kənarına düşüb", - deyə şəhər administrasiyasından məlumat verilib.

Həmin vaxt küləyin sürəti saniyədə 13 metr olub. Təyyarənin göyərtəsində təqribən 30 sərnişin olub. Onlar uğurla təxliyə edilib. Zərərçəkən olmayb. Təyyarə hələ də küləyin atdığı yerdədir və külək zəiflədikdən sonra yedəyə alınmaqla hava limanının perronuna çıxarılacaq. 

Son xəbərlər

Orphus sistemi